Nazirlik sosial şəbəkələrdə yayılan VİDEO ilə bağlı açıqlama yaydı
11 Yanvar 2020 16:33 Sosial11 Yanvar 2020 15:50 Turkustan.info
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb.
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.
"Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır", - Nazirlikdən qeyd edilib.
Həmin videonu təqdim edirik: