Sürücünü bıçaqla hədələyərək pul tələb etdi
Sürücünü bıçaqla hədələyərək pul tələb etdi
10 Yanvar 2020 16:25 SosialQuldurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in "102" Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. Müraciətlə əlaqədar Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi "Hyundai" markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirmiş və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk etmişdir. Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.