İnsan ömrünü 5 dəfə artırmaq mümkün olacaq - TAPINTI

İnsan ömrünü 5 dəfə artırmaq mümkün olacaq - TAPINTI

Beynəlxalq mütəxəssislər qrupu insan ömrünü azı 5 dəfə uzatmağın mümkünlüyünü bildirib.

Buna görə ancaq bir neçə genetik dəyişiklik lazımdır.

Bu barədə "Science Alert" nəşri yazıb.

Nəşrin yazdığına görə, mütəxəssislər tədqiqat zamanı iki yoldan istifadə edib ki, bunlardan biri insulin, digəri isə rapamisinlə (TOR) əlaqəli olub.

Birinci yol canlının ömrünü 100 faiz, ikinci yol isə 30 faiz artıra bilər. Bu iki yolun modifikasiyası zaman isə alınan effekti dəfələrlə artırmaq mümkündür. Məhz bu vasitə ilə uzunömürlülüyə nail olmaq gözlənilir.

Mütəxəssislər bildirib ki, qocalma təkcə bir genin hərəkəti ilə bağlı deyil. Bu, bütün siqnal yollarının birgə fəaliyyəti ilə əlaqəlidir. Buna görə də indiyə qədər insan və digər canlıların uzunömürlülüyünə cavabdeh olan DNA-nın tapılmaması anlaşılandır.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31