Əcnəbi tələbələrin ölümü ilə bağlı cinayət işi başlanıb
Əcnəbi tələbələrin ölümü ilə bağlı cinayət işi başlanıb
10 Yanvar 2020 15:01 SosialBakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31