Rəhmətə getmiş “seçicilər”lə bağlı açıqlama
Rəhmətə getmiş “seçicilər”lə bağlı açıqlama
10 Yanvar 2020 14:51 SosialMərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində rəhmətə getmiş şəxslərin adlarına seçici bildirişlərinin göndərilməsinə aydınlıq gətirib.Komissiyadan bildirilib ki, parlament seçkilərində rəhmətə gedən şəxslərin adına seçki bildirişi göndərilməyəcək: "Ötən seçkilərdə bir neçə dairədə qeydə alınan bu məqam sadəcə texniki məsələdir. Heç bir seçici siyahısının ideal olması mümkün deyil. Parlament seçkilərində bu kimi halların təkrarlanmayacağına ümid edirik".
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində rəhmətə gedən bəzi şəxslərin adına da seçkilərdə iştirak etməyə dəvət haqqında bildirişlər göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31