BMU-nun rektoru imtahanların gedişini izləyib
BMU-nun rektoru imtahanların gedişini izləyib
10 Yanvar 2020 13:19 SosialBakı Mühəndislik Universitetində (BMU) növbəti imtahan sessiyası davam edir. Rektor, professor Havar Məmmədov auditoriyalarda imtahanların gedişini izləyib. Universitetdə tələbələrin tədrisi üçün geniş imkanların yaradıldığını bildirən rektor sessiyanın şəffaf, obyektiv, qərərsiz və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Rektor imtahan prosesi ilə bağlı tələbələrlə söhbətləşib, təkliflərini dinləyib və onlara imtahanlarda uğurlar arzulayıb.
Olaylar.az bildirir ki, H.Məmmədov imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə yaradılan Qərargahın və Apelyasiya Komissiyasının işi ilə də yaxından tanış olub.
Qeyd edək ki, imtahan sessiyası fevralın 1-nə qədər davam edəcək və bu müddət ərzində ictimaiyyət nümayəndələri, valideynlər imtahanların gedişini müşahidə etmək imkanına malikdirlər.
![]()
![]()
![]()
![]()