Nəsimi rayonunda hesabat yığıncağı keçirilib

Nəsimi rayonunda hesabat yığıncağı keçirilib

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunlarını müzakirə edib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılıb, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, "Abad həyət" və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılıb.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirib ki, ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilib.Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda  rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunub. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər edib. Tədbirin sonunda ərazinin təmizliyi ilə məşğul olan Nəsimi rayon MKTB-nin bir qrup  əməkdaşı mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31