Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırdı
Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırdı
10 Yanvar 2020 12:33 Sosial"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.
O, XİN-dən məzuniyyətə çıxıb.
T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.
Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31