Sürüşməyə səbəb antropogen amillər olub
Sürüşməyə səbəb antropogen amillər olub
10 Yanvar 2020 11:27 SosialAMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və Sitarə Tarixəzər Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə zonasına baxış keçiriblər.
Olaylar.az bildirir ki, Badamdar qəsəbəsinin 1,1 km-liyində baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığı müşahidə olunub. Müəssisə əməkdaşları sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.
Vurğulanıb ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.