“Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı məqalə qəbulunu davam etdirir

“Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı məqalə qəbulunu davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Kitabxana və informasiya araşdırmaları" elmi jurnalı növbəti 2-ci sayı üçün məqalə qəbulunu davam etdirir.

Olaylar.az xəbər verir ki, jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər bunlardır:

- Kitabxana-informasiya elmi;

-Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma

siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, "Vikipediya", müəllif hüququ,

intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və

s.);

-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində

çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar

səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıda qeyd olunan rubrikalara da

yazılar qəbul edilir:

-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və

qeydlər;

-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

-Digər ixtisaslar üçün kitabxana xəbərləri;

-Sahə üzrə yeni kitablar;

-Yerli və beynəlxalq tədbirlər təqvimi.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu

sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin 20 noyabr 2013-cü il tarixli əmri ilə qeydə alınmışdır. Nəşr qaydaları

ilə bu link - http://mek.az/article.aspx?id=6121 vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, jurnalın 1-ci sayı çapa təqdim olunmuşdur. (1-ci sayın elektron versiyası

https://en.calameo.com/read/00459548614f465a2a9ac...)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31