Azərbaycanlı müğənni ağır qəzaya düşdü
Azərbaycanlı müğənni ağır qəzaya düşdü
9 Yanvar 2020 17:39 Sosial"Yeni ulduz" mahnı yarışmasının qalibi, müğənni Vüqar Muradovun "Instagram"da tanınmaz halda fotosu yayılıb.
Olaylar.az xəbər verir ki, ifaçının avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı yayılan şəkildən aydın sezilib.
Üz nahiyəsinin tamamilə bintə sarılaraq, qanlı olması görənləri sarsıdıb.
Vüqar hazırda şəhər xəstəxanalarının birində ciddi həkim nəzarətindədir. Onun vəziyyətinin ağır və qana ehtiyacı olduğu bildirilib.
Vüqar Muradovun şəklini "Instagram"da "show_clab" səhifəsi yayımlayıb.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31