Yardımlı sakinindən narkotik vasitə götürülüb

Yardımlı sakinindən narkotik vasitə götürülüb

Yardımlı rayon sakinindən narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlikli kənd sakini,  əvvəllər məhkum olunmuş Z.İbayevdən 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi A.Həşimov da saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31