Ali Məhkəmənin kollegiyalarının tərkibi yenidən təşkil edildi

Ali Məhkəmənin kollegiyalarının tərkibi yenidən təşkil edildi

Ali Məhkəmənin Plenumu keçirilib. "Olaylar" xəbər verir ki, Plenumunu Ali Məhkəmənin sədri Ramiz Rzayev açaraq qeyd edib ki, məhkəmə fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tövsiyələrinə  uyğun təkmilləşdirilməsi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında  2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlər  davam etdirilir. Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya, inzibati, cinayət və mülki kollegiyalarının tərkibi yenidən təşkil edilib. Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-Məsləhət Şurasının yeni tərkibi təsdiq edilib, Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti yenidən müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31