Tələbələrə forma satan dekan işdən çıxarıldı
Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib
9 Yanvar 2020 14:07 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.Bu barədə məlumat universitetin mətbuat xidmətindən verilib. Bildirilib ki, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub. Qəmər İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31