Tədbirlər Palanının icrası ilə bağlı əmr imzalanıb

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

"OLAYLAR" xəbər verir ki, əmrə əsasən, təhsil müəssisələrində milli-mənəvi dəyərlər, ümummilli lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyalarının öyrənilməsi, Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənətinə məhəbbət hissinin aşılanması, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin təbliği ilə bağlı seminar, konfrans, təqdimat, "Dəyirmi masa", disput, müsabiqə, görüş, intellektual oyun, ekskursiya, ədəbi-bədii gecə və bədii qiraət müsabiqələri keçiriləcək.

Bundan əlavə, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin tərbiyə işinin təşkili ilə bağlı təhsil müəssisələrində mühazirələri keçiriləcək.

Həmçinin Azərbaycanın inkişafına və dünyada təbliğinə böyük töhfələr vermiş şəxslər və tarixdə iz qoymuş ziyalıların təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə dair broşürlər, videoçarxlar hazırlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31