Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb

Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31