Prezidentin komitə sədri təyin etdiyi Anar Quliyev kimdir? – DOSYE
Prezidentin komitə sədri təyin etdiyi Anar Quliyev kimdir? – DOSYE
8 Yanvar 2020 16:46 SosialPrezident İlham Əliyevin imzaladığı sərəncamla Anar Quliyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Anar Quliyev sədr təyin edilənədək, keçmiş sədr, hazırki Dövlət Adminstrasiyasının rəhbəri Samir Nuriyevin komitədəki birinci müavini vəzifəsini tutub.
O, daha əvvəl komitənin aparat rəhbəri, bundan əvvəl isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri vəzifəsində çalışıb. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31