Evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan tutulub

Evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan tutulub

Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31