Binəqədidəki yanğınla bağlı cinayət işi başlandı

Binəqədidəki yanğınla bağlı cinayət işi başlandı

Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması bağlı iddialar araşdırılır. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə,  faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: "Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31