Ev alqı-satqısı ofisinə basqın edən şəxs saxlanıb
Ev alqı-satqısı ofisinə basqın edən şəxs saxlanıb
8 Yanvar 2020 14:18 SosialNizami rayonu ərazisində quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31