Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçib

Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçib

Bakı metrosunda qadına qarşı soyğunçuluq edilib. "Olaylar" xəbər verir ki, hadisə yanvarın 6-da paytaxt ərazisindəki metro stansiyalarının birində qeydə alınıb. Belə ki, naməlum şəxs S.İbrahimovaya qarşı soyğunçuluq edib. Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31