Tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb
Tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb
8 Yanvar 2020 12:45 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mitsubishi L 200", "QAZ-3110" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən və vətəndaşlardan birinə məxsus idman çantasının içərisindən gömrük nəzarətindən gizlədilən 1536 ədəd "Belomorkanal" və "Boqatıri" adlı papiroslar, 15 adda 3506 ədəd tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31