Qida təhlükəsizliyi üzrə mütəxəssis axtarılır
Qida təhlükəsizliyi üzrə mütəxəssis axtarılır
8 Yanvar 2020 11:33 SosialAzərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi üçün müxtəlif mütəxəssislərin işə qəbul edilməsi məqsədilə müsahibə elan edilir. "OLAYLAR" xəbər verir ki, tələb olunan ixtisaslar qida məhsulları mühəndisliyi, baytarlıq,mikrobiologiya, aqronomluq və bitki mühafizəsidir.
Namizədlər ali təhsill, ixtisası üzrə bakalavriat səviyyəsi olmalıdır. Magistratura səviyyəsi arzuolunandır. Bundan başqa Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək. Həmçinin müvafiq sahələr üzrə ən azı 2 il iş stajı və sertifikatları olanlara üstünlük veriləcək.
Uyğun gələn, lakin iş stajı olmayan namizədlər aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları qazanacaqlar. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "AQTİ -(aidiyyəti ixtisası)" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.