Murad Dadaşov Xəzər TV-nin rəhbəri olub?

Şamxal Həsənlidən sonra boşalan Xəzər TV-nin direktoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə "Bakupost" məlumat yayıb. Bildirilib ki, Şamxal Həsənlinin yerinə bu posta tanınmış şoumen, xalq artisti Murad Dadaşov gətirilib.

Məsələ ilə bağlı "Qafqazinfo" saytı Xəzər TV-nin sözcüsü Aqşin Kamalla əlaqə saxlayıb. O, bu barədə məlumata sahib olmadığını, məsələni dəqiqləşdirmək üçün bir qədər sonra zəng olunmasını xahiş edib. Lakin kanal rəsmisi daha sonra zənglərə cavab verməyib. Telekanal əməkdaşları isə məsələdən bixəbər olduğunu bildirirlər.

Axşam.az isə bu məqamda əlavə edir ki, Murad Dadaşov dünən  Xəzər TV-nin yerləşdiyi binaya gəlib. Məsələ ilə bağlı  bu gün rəsmi olaraq açıqlama veriləcəyi gözlənilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31