“Gecələr əhvalımı soruşmağı yığışdırın” - Zümrüd kişilərdən şikayətçidir
“Gecələr əhvalımı soruşmağı yığışdırın” - Zümrüd kişilərdən şikayətçidir
7 Yanvar 2020 15:34 SosialAktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona dostluq atanlardan gileylənib.
Olaylar.az xəbər verir ki, sənətçi bu barədə "Facebook"da yazıb.
"Dostluq göndərirsiniz, qəbul edirəm. Deyirəm ki, sənət adamıdır, musiqiçidir, şairdir, rəssamdır və sairə. Tanımasam da, eyni sahənin adamlarıyıq. Amma gecənin bir vaxtı gic-gic "salam" yazmaqları, əhvalımı soruşmağı yığışdırın. Sizə nə? İstəsən səhərədək sosial şəbəkədə olaram. Gecənin bir vaxtı yazan əks cinsin nümayəndələri, kimliyindən asılı olmayaraq "bloka" gedirsiniz. Evdəkilərə "salam" deyin".

Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31