Azərbaycanlı məşhurlar ikinci dəfə evləndi - FOTO
Azərbaycanlı məşhurlar ikinci dəfə evləndi - FOTO
7 Yanvar 2020 14:48 Sosial"Ər və arvad" serialının keçmiş qəhrəmanları - aktrisa Kəmalə Piriyeva ilə aktyor Elcan Rəsulov yeni layihəyə start verib.
Bu barədə ulduzlar sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, tanınmış cütlük ATV-də yayımlanan "1 kişi, 1 qadın" serialına başlayıb. Elcanla Kəmalə ekran işindən çəkilən toy fotolarını instaqramda paylaşıb.
E. Rəsulov paylaşdığı fotolara serialın yaxın günlərdə başlayacağını şərh verib:
"Boşanmaların artdığı vaxtda belə ayrılmadıq. Tezliklə ATV-də evimizə qonaq gələcəksiniz".
Qeyd edək ki, "Ər və arvad" layihəsindən öncə Elcan Rəsulov, daha sonra Kəmalə ayrılmışdı. Elcan layihənin rejissoru Aqil M. Quliyevin işini bəyənmədiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31