Ötən ilin son ayında 8 152 müraciət daxil olub

Ötən ilin son ayında 8 152 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin dekabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. "OLAYLAR"-a İdarədən daxil olan məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 8 152 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 073 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 432 vətəndaş müraciəti daxil olub. 211 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 2 010 sənəd (vətəndaşlar tərəfindən 610 ərizə, Təhsil Nazirliyindən 205, digər qurumlardan 284, məktəblərdən 526 məktub, 42 strukturdaxili yazışma və 343 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 426 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31