Odlu silah satan Astara sakini yaxalanıb
Odlu silah satan Astara sakini yaxalanıb
7 Yanvar 2020 13:23 SosialAstara sakini odlu silah satarkən saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib. Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31