Məşhur bloger Bakıda – FOTO

Məşhur bloger Bakıda – FOTO

Azərbaycanlı fəşn və gözəllik blogeri, eks-aparıcı Günel Hümbətova Bakıya gəlib.

Bu barədə Amerikada yaşayan aparıcı instaqramda məlumat verib. O, şəkil paylaşaraq Bakı üçün çox darıxdığını etiraf edib:

"Darıxmışam Bakıya aid hər şey üçün. Qürbət nə qədər gözəl, yaxşı olur-olsun vətənin istiliyinə, doğmalığına çata bilməz. Demək istədiyim ürək sözlərim hədsiz çoxdur Bakıya aid, hansı ki, sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bir söz kifayətdir hələlik - darıxmışdım".

Xatırladaq ki, Günel Hümbətova özbək vətəndaşı Firuz Soliyevlə ailəlidir. Amerikada yaşayan cütlüyün bir qızı var.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31