Hicran Hüseynovanın vəzifəsi müavininə TAPŞIRILDI
7 Yanvar 2020 11:44 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrası isə Komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.Xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31