Bu ilin ilk Ay tutulması nə zaman olacq? - AÇIQLANDI
Bu ilin ilk Ay tutulması nə zaman olacq? - AÇIQLANDI
7 Yanvar 2020 11:07 Sosial2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Olaylar.az bildirir ki, tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31