Hindistanda Vətəndaşlıq Dəyişikliyi Aktında yenilik edildi

Hindistanda Vətəndaşlıq Dəyişikliyi Aktında yenilik edildi

Yaxın zamanlarda Hindistan Parlamentinin hər iki Palatası tərəfindən 2019-cu il Vətəndaşlıq (Dəyişiklik) Aktının (CAA) qəbul edilməsi ilə  Hindistan Hökuməti 1955-ci il Vətəndaşlıq Aktına düzəliş etdi.

Hindistan səfirliyinin mətbuat xidmətinin rəsmisinin Olaylar.az -a verdiyi məlumata əsasən, aktın əsas məqsədi 31 dekabr 2014-cü ilədək dini təqiblərə məruz qalan Hindistana qaçan və uzun müddət Hindistanda yaşayan vətəndaşlığı olmayan şəxsləri hüquq və dövlət xidmətləri ilə təmin etməkdir.

Akta əsasən, Hindistana qonşu üç ölkənin azlıq icmalarından olan bu miqrantlar altı il yaşayış müddəti bitdikdən sonra Hindistan vətəndaşlığını almaq hüququ qazanacaqlar. Akt başqa bir ölkədən və ya hər hansı bir dindən gələn xarici vətəndaşın Hindistan vətəndaşlığına müraciət etməsinə mane olmur. Bununla belə, bu kimi şəxslər 1955-ci il Vətəndaşlıq Aktı ilə müəyyən edilmiş bütün keyfiyyətləri yerinə yetirdikləri təqdirdə, tələb olunan yaşayış müddəti 12 il qalacaq.

Hindistan Parlamentinin qəbul etdiyi heç bir qanun, o cümlədən Vətəndaşlıq Dəyişiklik Aktı 2019 hər hansı bir Hindistan vətəndaşını vətəndaşlıqdan məhrum edə bilməz. Hindistan, Parlament Demokratiyası olaraq, inancından və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir və Hindistanın hər bir vətəndaşı Hindistan Konstitusiyasında təsbit edilən eyni əsas hüquqlardan istifadə edir. Vətəndaşlıq Dəyişiklik Aktının əcnəbilərin deportasiyasına səbəb olacağı barədə xəbərlər əslində düzgün deyil, çünki aktın heç bir əcnəbinin Hindistandan deportasiyası ilə əlaqəsi yoxdur və dinindən və ya ölkəsindən asılı olmayaraq xarici vətəndaşın hər hansı bir deportasiyası Vətəndaşlıq Dəyişiklik Aktının mövcud qanunlarına uyğun və müstəqil şəkildə həyata keçiriləcəkdir.

Milli Əhali Reyestrinin (NPR) Vətəndaşların Milli Reyestri (NRC) ideyası ilə əlaqələndirilməsinə gəldikdə, Səfirliyin rəsmisi bunların tamamilə ayrı iki məsələ olduğunu izah etdi. Milli Əhali Reyestri Hindistanda yaşayan bütün şəxslər, o cümlədən elan olunmuş xarici vətəndaşlar üçün məlumatlardan ibarətdir. Milli

Əhali Reyestri ölkədə ilk dəfə siyahıyaalma ilə birlikdə 2010-2011-ci illərdə aparılıb, halbuki Vətəndaşların Milli Reyestri (NRC) barədə qərar qəbul edilməyib. Bununla yanaşı, yaşayış yerində miqrasiya, doğum, ölüm və bu kimi əhəmiyyətli dəyişikliklər olduğu üçün Milli Əhali Reyestri yenilənməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31