Elnur Kələntərovdan ilk AÇIQLAMA- “Kişi kimi işləyəcəm”
7 Yanvar 2020 10:50 SosialElnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.
Bunu Kələntərov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, yeni ilin ilk gününə gözəl xəbərlə başlayıb: "Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi artırdı.
Çalışacağam ki, xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göztərdiyi yüksək etimadını doğrulda bilim. Təşəkkür, cənab general! Dostlar, yeni ilə yeni layihələrlə, irəli. Ümid edirəm, dəyərli media nümayəndələri bu il də işimdən narazı qalmayacaqlar. Hər bir halda bunun üçün kişi kimi işləyəcəm".
Qeyd edək ki, Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışıb.