“İnterpol” daha bir azərbaycanlı mühaciri saxladı
“İnterpol” daha bir azərbaycanlı mühaciri saxladı
7 Yanvar 2020 10:49 SosialAvropaya sığınan daha bir azərbaycanlı mühaciri "İnterpol" saxlayıb. "Olaylar" xəbər verir ki, azərbaycanlı mühacir Daşqın Ağalarlı Azərbaycan polisinin sorğusu əsasında "İnterpol" tərəfindən Polşanın Qdansk aeroportunda saxlanılıb.Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
Xatırladaq ki, ötən ilin noyabr ayında Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31