BU BANK KARTLARINDAN VƏSAİTLƏR SİLİNİR- NƏ BAŞ VERİR?
7 Yanvar 2020 09:30 Sosial"Unibank"a məxsus debet kartların balansından dünən axşam saatlarından etibarən vəsaitlərin silinməsi müştərilərin haqlı narazılığına səbəb olub.
Bununla bağlı bankın müştəriləri sosial şəbəkələrdə məlumat yayıblar.
Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.
Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.
Qızılın qiyməti REKORD HƏDDƏ çatdı - SƏBƏB
"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik, narahat olmayasınız", - deyə "Unibank"ın açıqlamasında bildirilir.