Mətanətdən Zeynəb Xanlarova etirafı: "Özü də bilir ki, onun səsi məndədir"
Mətanətdən Zeynəb Xanlarova etirafı: "Özü də bilir ki, onun səsi məndədir"
30 Dekabr 2019 17:51 Sosial"Bu dünyada ikinci Zeynəb Xanlarovayam".
Bu sözləri tanınmış müğənni Mətanət Əsədova ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində deyib.
Xanım sənətçinin dediyi sözlər sosial mediada birmənalı qarşılanmayıb.
Müğənni ilə əlaqə yaratdıq. Xanım sənətçi heç kimin fikrinin onun üçün maraqlı olmadığını bildirib:
"Yaxşı edib demişəm. Yaxşı yazanlar sağ olsun, pis yazanları isə mən görmürəm. Çünki, onlar Allahın lənətinə gəlmiş murdar şeytanlardır".
Mətanət Əsədova həmçinin özünü, səsini, səhnə performansını xalq artisti Zeynəb Xanlarovaya bənzətdiyini də gizlətmədi:
"O, mənim kumirimdir, mən onun fanatıyam. Həm də uşaqlıqdan hamı məni ona oxşadıb. Zeynəb xanım şəxsən məni özü bəyənib. Özü mənə deyib ki, mahnılarımı halal edirəm, oxu. Özü də bilir ki, onun səsi, avazı məndədir. Onda özümü görürəm. Kimin acığı gəlir, ürəyi partlayır, ölür- ölsün. Özü bilər. Hansı müğənni demir ki, mən Zeynəb xanım kimi oxuyuram, gəlsin oxusun".
Sonxeber.az