Bayram günlərində hava necə olacaq?
Bayram günlərində hava necə olacaq?
30 Dekabr 2019 16:33 SosialYeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq.
Olaylar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dekabrın 30-dan 31-ə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir: "Yeni İlin ilk günü ölkədə kifayət qədər mülayim, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval-ruhiyyə yaradacaq. Qeyd edim ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. İlkin proqnozlara görə, yanvarın 3-dən 5-dək ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə enəcək, hava yağmurlu olacaq. Dağlıq ərazilərə isə qar yağacağı gözlənilir. Yanvarın 6-dan ölkə ərazisində hava şəraitinin yenidən mülayimləşəcəyi və yağmursuz keçəcəyi gözlənilir".
Departament direktoru qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə, 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır".
***
Yanvar ayında hava necə olacaq?
Orucova "OLAYLAR" Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamenti məlumat verib.
Məlumata götə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-7, bəzi günlərdə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 7-12 dərəcə isti, bəzi
günlərdə 15-18 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 4-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi
günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın
və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-
25 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 6-11 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (16-24 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
Rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi
günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (10-32 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 22-49 mm) gözlənilir.