Dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub
Dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub
30 Dekabr 2019 15:36 Sosial2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır. Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31