Bu il tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub
Bu il tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub
30 Dekabr 2019 15:34 Sosial2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub. "Olaylar" xəbər verir ki, bu barədə məlumatı Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov verib. Bildirib ki, hesabat dövründə 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. 2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31