Ölkədə 1667 hemofiliyalı xəstə qeydiyyatdadır

Ölkədə 1667 hemofiliyalı xəstə qeydiyyatdadır

Hazırda Respublikamızda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən, əmək qabiliyyətli yaşda olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31