Cari ildə 89 sümük iliyi transplantasiyası aparılıb

Cari ildə 89 sümük iliyi transplantasiyası aparılıb

Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb. "Olaylar"ın məlumatına görə, bunu Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.O, qeyd edib ki, xəstələrdən 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub: "Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub. Yalnız Məhərrəm Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin "təhlükəsiz" donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31