Gələn il Hövsan Yaşayış Kompleksində 2962 mənzil satışa çıxarılacaq
Gələn il Hövsan Yaşayış Kompleksində 2962 mənzil satışa çıxarılacaq
30 Dekabr 2019 14:18 SosialGələn ildən istifadəyə veriləcək Hövsan Yaşayış Kompleksində 2962 mənzil satışa çıxarılacaq. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 436-ü hərbiçilərə veriləcək. Əslində, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciətçilərin xeyili hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımdan daha məqsədəuyğundur. Bunu "Olaylar"a deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, "Güzəştli mənzil" sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edib. Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilmiş və müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb. Bundan öncə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə "MİDA" əmtəə nişanı qeydiyyata alınıb. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub. Digər tərəfdən, "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti "Ernst & Young" ("EY") "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edir və öz "SOC 3" rəyini təqdim edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) həmçinin şəffaflığın daha da artırılması məqsədi ilə MİDA tərəfindən mənzil almış şəxslərin adlarının internet səhifəsində yerləşdirilməsini təklif edir. Belə ki, Azərbaycan Prezidentinin imzaladığı "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" fərmanın 4.4.-cü maddəsinə əsasən, mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması nəzərdə tutulub. Deməli, agentlik tərəfindən mənzil almış bütün şəxslərin adlarının ictimaiyyətə təqdim edilməsi üçün hüquqi baza var və bunun həyata keçirilməsi məqsədəuyğun olardı.