Azərbaycanda 10 metrlik yolka KÜL OLDU - ANBAAN VİDEO
Azərbaycanda 10 metrlik yolka KÜL OLDU - ANBAAN VİDEO
30 Dekabr 2019 13:50 SosialAğdaşda Yeni il bayramı üçün quraşdırılan süni şam ağacı yanıb.
Olaylar.az Trend-ə istinadla xəbər verir ki, hadisə ötən axşam saat 19 radələrində rayon mərkəzində qeydə alınıb. Yeni il üçün quraşdırılan 10 metrlik şam ağacı yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və digər ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən təstiqlənib və yanğının səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31