Bu il 1.300-ə yaxın gənc mütəxəssis penitensiar xidmətdə qulluğa qəbul olunub
Bu il 1.300-ə yaxın gənc mütəxəssis penitensiar xidmətdə qulluğa qəbul olunub
30 Dekabr 2019 13:03 SosialÜmumilikdə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş 1.300-ə yaxın gənc mütəxəssis penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub, tibb xidmətinin kadr korpusunun tam əksəriyyəti isə yenilənib. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib ki, eyni zamanda, kadrlardan daha səmərəli istifadə olunması məqsədilə onların vaxtaşırı rotasiyası üzrə tədbirlər görülərək təcrübəli işçilər rəhbər vəzifələrə irəli çəkilirlər. Cari ildə penitensiar və tibb xidmətləri üzrə 130-dək əməkdaş, o cümlədən 24 rəhbər işçi barəsində rotasiya tətbiq olunub. Bu günlərdə penitensiar xidmətdə orta rəis heyəti vəzifəsinə qulluğa qəbulla bağlı, həmçinin penitensiar və tibb xidmətləri üzrə rəhbər vəzifələrə 50 nəfərə yaxın şəxs barəsində təyinatlar aparılıb.