ATV-yə yeni İcraçı direktor təyin olundu - Rəsmi açıqlama
ATV-yə yeni İcraçı direktor təyin olundu - Rəsmi açıqlama
30 Dekabr 2019 12:06 SosialATV-də yeni təyinat olub.
Telekanalın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, "Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.
Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.
Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31