“Məktəblinin dostu” layihəsi çərçivəsində rəsm müsabiqəsi yekunlaşdı
“Məktəblinin dostu” layihəsi çərçivəsində rəsm müsabiqəsi yekunlaşdı
30 Dekabr 2019 11:59 Sosial"Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil olunan "Məktəblinin dostu şagirdlərin gözü ilə" adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib. Olaylar.az bildirir ki, Xətai Sənət Mərkəzinin dəstəyi ilə baş tutan sərgidə "Məktəblinin dostu" layihəsinin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edib. Məktəblilər çəkdikləri rəsm əsərlərini və hazırladıqları maketləri nümayiş etdiriblər.
Qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşdirilib. Layihənin 3 illiyinə həsr olunan sərginin təşkil olunmasının əsas məqsədi istedadlı şagirdləri üzə çıxartmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. 1-ci yerin qalibi Bakı şəhəri 313 nömrəli tam orta məktəb, 2-ci yerin qalibi Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəb, 3-cü yerin qalibi isə Bakı şəhəri 20 nömrəli məktəb-lisey olub. Qalib iştirakçılara müxtəlif hədiyyələr və diplomlar təqdim edilib.