“Pole Çudes” verilişinin Yeni il buraxılışında Azərbaycana geniş yer verilib

“Pole Çudes” verilişinin Yeni il buraxılışında Azərbaycana geniş yer verilib

Azərbaycanın dünyanın bir çox ölkəsində tanınan ilk milli markası, "Made in Azerbaijan" yazısını üzərində şərəflə daşıyan "Azərçay" ölkəmizin təbliği və xaricdə tanıdılmasına növbəti dəfə müsbət töhfə verib. Olaylar.az bildirir ki, belə ki, artıq on illərdir MDB-nin ən məşhur televiziya layihələrindən biri olan və təxminən 300 milyonluq auditoriyaya sahib "Pole Çudes" verilişinin növbəti buraxılışında da Azərbaycana və ölkəmizin mədəniyyətinə geniş yer verilib. Ölkəmizin tanınmış  məşhur və sevilən aparıcısı Rahib Azərinin iştirak edərək qalib gəldiyi, Rusiyanın Birinci Kanalında yayımlanan verilişdə Azərbaycanın mədəniyyəti və çayçılıq ənənələri barədə geniş məlumat verilib. Leonid Yakuboviçin aparıcılığı ilə milyonlarla insanın sevgisini  qazanmış layihədə qonaq olan "Natiq" ritm qrupunun iştirakı da böyük maraqla qarşılanıb. "Azərçay"ın sponsorluğu ilə yayımlanan bu verilişdə sənətçilər "Qarabağ şikəstəsi" ifa ediblər.
Sevindirici haldır ki, ölkəmizin sevilən markalarından olan "Azərçay" artıq Rusiya Federasiyasında da həm yüksək keyfiyyəti, həm də müsbət imici ilə istehlakçılarını rəğbətini qazanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31