Evdən qızıl-zinət əşyaları oğurlayan ələ keçib

Evdən qızıl-zinət əşyaları oğurlayan ələ keçib

Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Şəmkir RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları, 80000 rubl, 780 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ö.Əsgərov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31