Şirkətdən oğurluq edən keçmiş məhkum tutulub
Şirkətdən oğurluq edən keçmiş məhkum tutulub
29 Dekabr 2019 16:20 SosialXəzər rayonu ərazisindəki şirkətlərin birindən oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki şirkətlərin birindən 55 metr elektrik naqili, həmçinin 3 həyətyanı sahədən darvaza, su mühərriki və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31