Ələt-Astara yolundakı metal dirəklər oğurlanıb

Ələt-Astara yolundakı metal dirəklər oğurlanıb

Ələt-Astara yolunda quraşdırılmış metal dirəklər oğurlanıb."Olaylar" DİN-ə istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinə Ələt-Astara yolunun 128-ci kilometrliyində yolun kənarına quraşdırılmış hər biri 2 metr uzunluğunda olan 106 ədəd metal dirəyin oğurlanması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılavar kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş V.Əhədzadə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31